Həbsdən çıxdı, onunla işləyəcək – FOTO
Dəbilqə yarışlarının 6 qat çempionu Boris Bekker çox güman ki, dünyanın 5 nömrəli tennisçisi, danimarkalı Holqer Rune ilə çalışacaq.
Aut.az xəbər verir ki, Rune “İnstaqram”da Monte Karlodakı təlim-məşq toplanışından fotolar yerləşdirib. Fotolarda Bekkerin də olduğunu asanlıqla təyin etmək mümkündür.
Qeyd edək ki, həbsdə olan Boris Bekker ötən ilin dekabrında erkən azadlığa buraxılıb. O, iflas fırıldaqçılığına görə iki il yarımlıq həbs cəzasının səkkiz ayını İngiltərə həbsxanasında çəkib.
Aut.az


