Tennis

“O, bütün dövrlərin mükəmməl birləşməsidir”

Yeddiqat Böyük Dəbilqə çempionu, dünyanın keçmiş bir nömrəli amerikalı Con MakEnro açıqlama verib.

Aut.az xəbər verir ki, o, ispan tennisçi Karlos Alkaras haqqında fikirlərini bölüşüb.

“Hazırda tennis bütün dövrlərin və oyun üslublarının mükəmməl birləşməsini tapmaq prosesindədir. Məncə, Alkaras belə bunu təmsil edir. O, indiyə qədər gördüyümüz hər şeyin mükəmməl birləşməsidir. Karlosun çıxışı indiki nəsil tennisçilərə ümid verir. Bu, başqaları üçün dönüş nöqtəsi olacaq.

Təbii ki, Alkarasın uğurunda daha çox məşqçi Xuan Karlos Ferreronun əməyi var. Onlar öz işlərində böyük tarazlıq tapıblar. Ferrero ata fiquru kimi çıxış edir. Karlos dünyanın bir nömrəsi olmamışdan əvvəl də onun yanında olub. Onların işində, münasibətlərində heç nəyi dəyişməzdim. Bir-birlərinə pərəstiş edirlər, aralarında yaxşı əlaqə var. İstərdim ki, hər şey belə qalsın”.