Tennis

Nüfuzlu yarışdan tarixi qərar: Hakimlər ləğv edildi

“Uimbldon” turnirinin təşkilatçıları 2025-ci ildən autların müəyyən edilməsi üçün elektron sistemi tətbiq etmək qərarına gəliblər.

Aut.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Elektron sistemin tətbiqi ilə bağlı qərar uzun müzakirələrdən və məsləhətləşmələrdən sonra qəbul edilib. İndi hakimlikdə maksimum dəqiqliyə nail olmaq üçün bu mühüm addımı atmağın vaxtıdır,, – deyə “All England Lawn Tennis and Croquet Club”ın baş icraçı direktoru Salli Bolton bildirib.

Süni intellekt Wimbledon 2025-də xətt hakimlərini tamamilə əvəz edəcək. Avtomatlaşdırılmış sistem 18 oyun meydançasının hamısında quraşdırılacaq.

Aut.az