Məşhur tennisçi “Real”da oynamaq istəyir: Ançelotti mənim üçün yer tapar
Dördqat Böyük Dəbilqə çempionu, dünya üçüncüsü, ispaniyalı Karlos Alkaras “Real Madrid”də oynamaq arzusunda olduğunu bildirib.
Aut.az xəbər verir ki, Alkarasın sözlərini “Real”ın mətbuat xidməti sitat gətirib.
“Karlo Ançelotti dedi ki, əgər ehtiyacım olsa, mənim üçün yeri var. Mən cinah yarımmüdafiəçisiyəm, sol cinah yarımmüdafiəçisiyəm. Mən mərkəzə doğru hərəkət edirəm və zərbəni fırladıram”, – Alkaras deyib.
2024-cü il mövsümündə 21 yaşlı Alkaras ATP səviyyəsində dörd titul qazanıb, o cümlədən iki Böyük Dəbilqə turnirində – Rolan Qarros və Uimbldonda qalib gəlib. Karlos 2024-cü ildə Parisdə (Fransa) keçirilən Olimpiadada finalda serb Novak Cokoviçə uduzaraq, təklərdə gümüş medal qazanıb.
Aut.az
