Tennis

Ən məşhur tennis cütlüklərindən biri ayrıldı

Dünyanın sabiq iki nömrəli tennisçisi Paula Badosa sevgilisi Stefanos Tsitsipasdan ayrıldığını açıqlayıb.

Aut.az xəbər verir ki, Raula bu barədəsoail şəbəkədə yazıb.

“Diqqətlə düşündükdən və birlikdə çoxlu xoş anlardan sonra Stefanosla yollarımızı mehriban şəkildə ayırmaq qərarına gəldik. Biz sevgi və biliklə dolu bir səyahəti birlikdə keçdik və indi böyük qarşılıqlı hörmətlə dost olaraq hər birimiz öz yolumuzla irəliləməyə qərar verdik.

Dostlarımıza, ailələrimizə və tariximizin bir parçası olan hər kəsə dəstəyinə görə minnətdarıq. Həyatımızın bu təzə yeni fəslinə girərkən, bir-birimizə ən yaxşısını arzulamağa davam edirik. Anlayışınıza və hörmətinizə görə təşəkkür edirik”, – Badosa yazıb.

Badosa ilə Tsitsipasın münasibəti ötən ilin yazında məlum olmuşdu.

Aut.az