Tennis

Bir müsahibədə 7 dəfə söyüş söyüb – 40 min cərimə ödəyəcək

Dünya reytinqində 36-cı olan fransalı tennisçi Korenten Mute  Londonda keçirilən ATP-500 ot örtüyü turnirində oyundan sonrakı müsahibə zamanı kobud ifadələr işlətdiyinə görə 40.000 dollar cərimələnib.

Aut.az xəbər verir ki, Mute həmyerlisi və dünya reytinqində 87-ci yerdə olan Covanni Perrikard üzərində çətin qələbədən sonra BBC-də canlı yayımlanan müsahibədə yeddi dəfə söyüş söyüb. ATP bildirib ki, cərimə “idmançıya yaraşmayan davranış” və “oyundan sonrakı müsahibə zamanı ədəbsiz ifadələrdən istifadə” səbəbindən tətbiq edilib.

Mute cərimədən ATP-nin müəyyən edilmiş qaydaları və prosedurlarına uyğun olaraq apellyasiya şikayəti verəcəyini təsdiqləyib.

Qeyd etmək lazımdır ki, Mute London turnirində 43.600 dollar qazanıb. Əgər onun apellyasiya şikayəti rədd edilərsə, tennisçi mükafat pulunun 90%-dən çoxunu itirəcək.

Aut.az