Dünya futbolu

PSJ baş məşqçisinə ayda nə qədər maaş verir?

“L’Equipe” nəşri Fransa çempionatında çıxış edən komandaların məşqçilərinin 2024-cü il üçün maaşlarını dərc edib.

Aut.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike ayda 923 250 avro qazanaraq ciddi üstünlüklə reytinq cədvəlinə başçılıq edir.

Siyahıda sonrakı yerləri “Monako”dan Adi Hütter (250 min avro), “Strasburq”dan Patrik Vieyra (230 min avro) və “Lill”dən Paulo Fonseka (220 min avro) tutur.

Aut.az