Tennis

Cokoviç nüfuzlu turnirin qaydalarını kobud şəkildə pozub?

Serbiyalı tennisçi Novak Cokoviç “Uimbldon” turnirin qaydalarını kobud şəkildə pozması barədə yayılan iddialara münasibət bildirib.

Aut.az xəbər verir ki, Vita Koprzyvaya ilə ilk mərhələ matçını boz dizlikdə keçirən əfsanəvi idmançı buna görə icazə aldığını söyləyib:

“Oyundan əvvəl turnirin rəhbəri ilə danışdım. O, baş barmağını yuxarı qaldırardı və hər şey qaydasında olduğunu bildirdi. Təbii ki, bir neçə gün əvvəl icazəmizin olub-olmadığını yoxladıq. İnanın, ağ sarğı tapmağa çalışırıq”

Qeyd edək ki, Xatırladaq ki, Cokoviç bir müddət menisküs əməliyyatı keçirib. Buna görə də bir müddət dizlikdən istifadə etmək məcburiyyətindədir.  “Uimbldon”un qaydalarına əsasən isə tennisçinin idman forması tamamilə ağ rəngdən ibarət olmalıdır.

Aut.az