Əfsanənin oğlu finalda uduzdu
Argentinalı tennisçi Roman Andres Burruçaqa (62) Hyustonda keçirilən ATP 250 turnirinin finalında amerikalı Tommi Polla (18) qarşılaşıb.
Oyun 2 saat 42 dəqiqə davam edib və 1:6, 6:3, 5:7 hesabı ilə başa çatıb.
Aut.az xəbər verir ki, həlledici setdə Burruçaqa 5:3 hesabı ilə öndə olub, amma üstünlüyündən yararlana bilməyib.
Roman Andres, 1986-cı ildə Qərbi Almaniyaya qarşı keçirilən Dünya Kubokunun finalında qələbə qolunu vuran məşhur argentinalı futbolçu Xorxe Burruçaqanın oğludur.
“İndependiente”nin heyətində Xorxe Argentina çempionu olub, Libertadores Kubokunu və Qitələrarası Kuboku qazanıb.
Aut.az
