Çempionlar Liqası

Çempionlar Liqası: “Real” “Bavariya”ya, “Arsenal” “Sportinq”ə qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi start götürür.

Aut.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Mərhələnin mərkəzi oyununda “Real Madrid” ilə “Bayern Münhen” üz-üzə gələcək. İspaniya nəhəngi almanları doğma meydanda qəbul edəcək. Günün digər qarşılaşmasında isə İngiltərə Premyer Liqasının hazırki lideri “Arsenal” Portuqaliyada “Sportinq”lə qarşılaşacaq. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, 1/4-in daha iki görüşü – “Barselona” – “Atletiko Madrid” və PSJ – “Liverpul” oyunları sabah keçiriləcək. Cavab oyunları isə aprelin 14-15-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
7 aprel

23:00. “Real Madrid” (İspaniya) – “Bayern Münhen” (Almaniya)
23:00. “Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)