Qvardiola gələcəyi ilə bağlı qərarı niyə açıqlamayıb?
Xosep Qvardiola hələlik “Mançester Siti”nin baş məşqçisi vəzifəsində davam edib-etməyəcəyinə qərar verməyib.
Aut.az “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, Qvardiolanın mart ayında beynəlxalq fasilə zamanı qərarını “Siti” rəhbərliyinə çatdırması gözlənilirdi, lakin bu baş verməyib.
Qvardiolanın gələcəyi ilə bağlı qərar verməyi mövsümün sonuna qədər təxirə saldığı bildirilir. Mütəxəssis hazırda eyni həvəslə işləməyə davam edib-etməyəcəyindən əmin deyil. Bu yay Xosep Qvardiolanın “Mançester Siti”yə baş məşqçi təyin olunmasının düz 10 ili tamam olur. Onun hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir.
Aut.az
