Tennis

“Uimbildon”un qalibləri bu qədər qazandılar: Yarısı vergiyə gedəcək

Yannik Sinner və İqa Sventek “Uimbldon”da qalib gəliblər.

Aut.az xəbər verir ki, tennisçilərin hər biri 4 milyon dollar pul mükafatı qazanıb.

“Forbes”in məlumatına görə, vergilər ödənildikdən sonra bu məbləğ demək olar ki, yarıya qədər azalaraq 2-2,5 milyon dollara qalıb.

Şventek Polşada əlavə 4% vergi (təxminən 162 000 dollar) ödəməli olacaq, Sinner isə Monako rezidenti kimi əlavə vergiyə cəlb edilməyəcək.

“Uimbldon” finalında məğlub olanların isə hər biri 2 milyon funt sterlinq alacaq, vergilər səbəbindən bu məbləğ təxminən 1,2 milyon funt-sterlinqə enəcək.

Aut.az