Tennis

Bukmekerlər onun tarix yazacağına inanırlar

Bukmeker kontorları əmindirlər ki, dünya reytinqinin keçmiş lideri və tarixin ən titullu tennisçisi serbiyalı Novak Cokoviç ən azı daha bir Böyük Dəbilqə turnirində qalib gələ biləcək.

Aut.az xəbər verir ki, hal-hazırda onun 24 belə titulu var. Açıq dövrdə (1968-ci ildən) ən yaşlı Böyük Dəbilqə qalibi 1972-ci ildə 37 yaş, 1 ay və 24 günlüyündə Avstraliya Açıq çempionatının qalibi olan Ken Ruzvalldır.

37 yaşlı Cokoviç karyerasının sonuna qədər ən azı bir böyük dəbilqə qazansa, bu nailiyyəti geridə qoyacaq. Bu, 1.34 əmsalla qiymətləndirilir  Əks variant isə 3.00 əmsaldır.

Aut.az