Tennis

“Bir nömrə” dünyanın ən dəbli insanları sırasında

Dünyanın bir nömrəli tennisçisi, ispaniyalı Karlos Alkaras “The New York” Times tərəfindən ilin ən dəbli insanları siyahısına daxil edilib.

Aut.az xəbər verir ki, Alkaras 2025-ci ilin ən stilsahibi 67 şəxsindən biri seçilib.

“Məşhur tennisçi uğursuz saç kəsimindən sonra US Open turnirinə qırxılmış başla çıxmışdı. O, kişilərin fərdi yarışında çempion oldu və qələbəsini saçlarını platin sarısına boyamaqla qeyd etdi”, – deyə məlumatda bildirilir.

Bu siyahıda həmçinin “Oklahoma-Siti Tander” komandasının müdafiəçisi Şay Gilces-Aleksandr da yer alıb.

Aut.az