Tennis

“Messinin oğlu tərəfindən bir az təzyiq altındayam”

24 qat Böyük Dəbilqə çempionu və serb tennisçi Novak Cokoviç maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, argentinalı futbolçu Lionel Messinin oğlunun Mayamidə (ABŞ) Masters turnirinin yarımfinalında keçirdiyi oyununu necə dəyərləndirməsindən danışıb:

“Messinin oğullarından biri mənə 10-dan 8 verdi. Bu, olduqca yaxşıdır. Ciddi siması ilə mənə dedi ki, növbəti matçda 10-dan 10 almalıyam. Ona görə də Messinin oğlu tərəfindən bir az təzyiq altındayam.

Xoş gülüşümüz oldu. Onun bütün ailəsini yenidən görmək xoş idi. Bu, mənim üçün çox təsir edici bir an idi. Çünki o, tək gələndə başqa olur, bütün ailəsini gətirəndə isə tamam başqa. Onlarla vaxt keçirmək məni çox təsirləndird”.

Aut.az