Azarkeşə hücum edən erməninin cəzası açıqlandı
Erməni əsilli Rusiyalı MMA döyüşçüsü Arman Tsarukyan Nevada Ştat Atletika Komissiyası (NSAC) tərəfindən cəzalandırılıb.
Aut.az xəbər verir ki, o, Las-Veqasda keçirilən UFC-300 turnirində azarkeşə hücum etdiyi üçün 9 ay müddətinə yarışlardan uzaqlaşdırılıb.
Hadisə Tsarukyan braziliyalı Şarl Oliveyra ilə döyüşməyə hazırlaşdığı vaxt baş verib. Dəhlizdən keçərkən döyüşçü tamaşaçılardan birini vurub. Tsarukyanın sözlərinə görə, həmin şəxs ona orta barmağını göstərərək vurmağa çalışıb.
Cəzanın müddəti 2025-ci ilin yanvarın 12-də başa çatacaq. Lakin Tsarukyan zorakılığa qarşı kampaniya çərçivəsində video çəksə, bu müddət 6 aya endirilə bilər. Erməni döyüşçü həmçinin 25 min və pul 471,12 dollar cərimə olunub.
Aut.az
