Qaydasız döyüş

Makqreqor onunla döyüşmək istəyir: Bu görüşün tarixi var

İrlandiyalı UFC ulduzu Konor Makqreqor maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, hazırkı UFC çempionları – amerikalı Castin Qeytci və rusiyalı İslam Mahachev ilə mümkün döyüşlər barədə fikirlərini bölüşüb:

“Əlbəttə ki, kəmər uğrunda döyüşəcəyəm. Düşünürəm ki, Qeytci formada olanda çox güclü döyüşçüdür. Amma formada olmayanda çox zəif görünür. Buna baxmayaraq, ona böyük hörmətim var və onunla məmnuniyyətlə söhbət edərəm.

İslama gəlincə, bu döyüşün öz hekayəsi var. Hazırda o, mənim həmyerlimlə döyüşəcək. Amma mən də bu qarşılaşmaya hazıram”.

Qeyd edək ki, Makqreqor iyulun 12-də ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək UFC 329 turnirində amerikalı Mak Hollouey ilə üz-üzə gələcək.

Qeytci UFC-nin yüngül çəkidə, Mahaçev isə yarımorta çəkidə çempion kəmərinin sahibidir.

Aut.az