Qaydasız döyüş

Söz verdi: Ya öləcəm, ya da…

Cənubi Afrikalı MMA döyüşçüsü Drikus du Plessis maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, UFC titulu uğrunda döyüşdə amerikalı Şon Striklendə qalib gəlmək üçün əlindən gələni edəcəyinə söz verib:

“Mənim təkmilləşdirilmiş versiyamı görəcəksiniz. Məşqçilərimə, komandama və bu düşərgədə iştirak edən hər kəsə sonsuz minnətdaram. Bu gün biz mənə və həmişə yanımda olanlara və bütün ölkəmə məxsus olanı geri almaq üçün yola düşürük. Söz verirəm: ya evə UFC-nin çempionluq kəmərini gətirəcəyəm, ya da öləcəyəm”.

Striklend sentyabr ayında UFC-293 turnirində Yeni Zelandiyalı İsrael Adesanyaya qalib gələrək titul qazanıb. Amerikalı hazırda üç oyunluq qələbə seriyasına sahibdir. 

Xatırladaq ki, Drikusdu Plessis və Şon Striklend yanvarın 20-də Torontoda UFC-297 turnirinin əsas döyüşündə üz-üzə gələcək.