İtaliya

Bal almışdılar, doşab çıxdı: 4 dəqiqəyə “qırmızı” aldı

Yanvarın 7-də İtaliya A Seriyasının 19-cu turunda “Torino” “Napoli”ni qəbul edib.

Aut.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0. İkinci hissənin əvvəlində, 46-cı dəqiqədə müdafiəçi Pasquale Matsokki meydana çıxıb və “Napoli”də debüt edib.

Lakin cəmi dörd dəqiqə sonra (50-ci dəqiqədə) o, birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Xatırladaq ki, “Napoli” yanvarın 5-də “Salernita”nanın müdafiəçisi Pasquale Matsokkinin transferini açıqlamışdı.

Aut.az