Dünya futbolu

Peplə görüşmək üçün 2 gün “Bavariya”nın bazasının yanında gözləyib

“Marsel”in baş məşqçisi Cennaro Qattuzo bir vaxtlar “Bavariya”da işləyən Xosep Qvardiola ilə görüşmək üçün iki gün məşq bazasının yanında dayandığını bildirib.

“Bir dəfə Qvardiola ilə görüşmək istəyəndə iki gün “Bavariya”nın məşq bazasının yaxınlığında dayandım.

Heç kimdən xahiş etməmişdim ki, məni onunla tanış etsin, bunu etməyi xoşlamıram. Axırda o, peyda oldu və məni tanıdı, amma o vaxta qədər artıq iki gün keçmişdi. Köməkçim Gigi və mən sadəcə soyuqdan donurduq”, – Qatuzo deyib.

Qvardiola 2013-2016-cı illərdə Almaniya çempionlarını çalışdırıb.

Aut.az