Braziliyalı əfsanə ağır qəzaya düşdü
Braziliya millisinin sabiq baş məşqçisi Dunqa qəzaya düşüb.
Aut.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Mənbənin məlumatına görə, sabiq mütəxəssisin avtomobili Braziliyanın Kuritiba yaxınlığındakı magistral yolda aşıb. Onun həyat yoldaşı da maşında olub. Hər ikisi yüngül xəsarətlər alaraq xəstəxanaya aparılıb. Onlar şüurlu olublar. Qurbanların qanında spirt aşkar edilməyib.
Qeyd edək ki, Dunqa 2006-2010 və 2014-2016-cı illərdə Braziliya millisinə rəhbərlik edib. Komanda ilə birlikdə 3 kubok qazanıb. O, 11 il futbolçu kimi yığmada çıxış edib və 4 titul qazanıb.
Aut.az

