Dünya futbolu

Satmaq istəyirlər, amma qorxurlar ki…

PSJ futbolçusu Neymarı transferə çıxarmağa çalışır.

Aut.az xəbər verir ki, ancaq Paris təmsilçisi onun satılmayacağından narahatdır. Çünki səhhətindəki problemlərə görə heç bir klub braziliyalı futbolçunu heyətinə qatmaya bilər.

“Le Parisien” nəşrinin yazdığına görə, Neymarın satılması Kilian Mbappe ilə müqavilənin uzadılmasının şərtlərindən biridir. “Çelsi” Neymarla maraqlanır ki, bu da Fransa təmsilçisini ümidləndirir.

Satmaq istəyirlər, amma qorxurlar ki...

Ancaq klub rəhbərliyi “sambaçı”nın tez-tez aldığı zədələrə görə yeni klubunda tibbi müayinədən keçə bilməyəcəyindən ehtiyat edir. Xüsusən də futbolçunun hər iki ayağının topuq oynaqlarının vəziyyəti narahatlıq yaradır.

Mart ayında Neymar sağ ayaq biləyindən aldığı zədədən sonra bağlarını bərpa etmək üçün əməliyyat olunub. O, bu səbəbdən cari mövsümü erkən başa vurub.

Qeyd edək ki, Neymarın PSJ ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Aut.az