“Siti” ayrılmaq istəyən ulduz futbolçusuna rədd cavabı verdi
“Mançester Siti” rəhbərliyi komandanın hücumçusu Yulian Alvareslə yolları ayrılmağı planlaşdırmır.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlum olub ki, Amerika kuboku başa çatdıqdan sonra “Siti” rəhbərliyi argentinalı hücumçu ilə yenidən görüşərək gələcəyini müzakirə edəcəklər.
Qeyd olunur ki, Alvares klubda daha çox oyun vaxtı əldə etmək istəyir. Ona görə də “şəhərlilər”dən ayrılmağı düşünür. Klubu mümkün transferin qiymətini belə müzakirə etmədən oyunçunu satmaqdan imtina edib.
Artıq “Siti” ilə əlaqə saxlayan PSJ Alvaresin xidmətində maraqlıdır. Argentinalı forvardın ingilis klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsüm Yulian Alvares “Mançester Siti”nin heyətində Premyer Liqada 36 matçda iştirak edib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.
Aut.az
