Qaydasız döyüş

İslama cavab verdi: Heç vaxt oktaqonda huşsuz vəziyyətdə gəzməmişəm

İrlandiyalı UFC döyüşçüsü Yan Qarri növbəti rəqibi, UFC çempionu İslam Mahaçevin tənqidlərinə cavab verib.

Aut.az xəbər verir ki, Mahaçev əvvəllər Harrini ekvadorlu Maykl Moralesdən daha zəif döyüşçü adlandırmışdı.

“İslam haqqında boş-boş danışmaq istəmirəm, onun fikrinə mütləq diqqət yetirməyə də lüzum görmürəm.

Baxmayaraq ki, mənim stilim haqqında çempionun kürəyində 25 dəqiqə oturub heç nə etməyən bir oğlan danışır. Bilirsən nə demək istəyirəm? Və daha bir məqam – mən nokaut edilərkən heç vaxt oktaqonda huşsuz vəziyyətdə gəzməmişəm”, – deyə Harri Ariel Helvani ilə müsahibəsində bildirib.

İan Qarri və İslam Mahaçev avqustun 16-da ABŞ-ın Filadelfiya şəhərində keçiriləcək UFC 330 turnirində döyüşəcəklər.

Aut.az