UFC-də tərbiyəsizlik edən erməni belə cəzalandırıldı
Nevada Ştat Atletika Komissiyası rusiyalı döyüşçü Arman Tsarukyanın UFC 300 turnirində braziliyalı Çarlz Oliveyra üzərində qazandığı qələbəyə görə aldığı qonorardan kəsdiyi məbləği açıqlayıb.
Aut.az xəbər verir ki, ona çatan bonusun 30%-i prosesin sonuna qədər dondurulub. Bu, məbləğ 31,6 min dollardır.
Qərara səbəb isə döyüşdən əvvəl erməni əsilli döyüşçü ilə azarkeş arasında baş verən insident olub. Prosesin sonunda bu məbləğ ondan cərimə kimi tutula bilər
Tsarukyan oktaqona daxil olarkən ona qarşı nalayiq jestlər etdiyi üçün azarkeşlərdən birinin üzünə zərbə endirib.
