Qaydasız döyüş

Dvalişvili Ağ Evdə döyüşmək istəyir: Amerika pasportu olan yeganə çempion mənəm

UFC çempionu Merab Dvalişvili ABŞ-da keçirilə biləcək xüsusi turnirdə döyüşmək istədiyini bildirib.

Aut.az xəbər verir ki, gürcü əsilli döyüşçü bu arzusunu ABŞ prezidenti Donald Trampın 2026-cı ildə, ölkənin 250 illiyi münasibətilə Ağ Evdə UFC turniri keçirmək planlarına münasibət bildirərkən dilə gətirib.

“Mən Ağ Evdə döyüşəcəyəm. Mən UFC-də Amerika pasportuna sahib yeganə çempionam. Mən amerikalı deyiləm, amma heç olmasa ABŞ vətəndaşlığım var”, – deyə Dvalişvili “WWOS”a verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, Merab Dvalişvili ABŞ vətəndaşlığını 2024-cü ilin martında alıb.

Aut.az