İngiltərə

Sürücülük vəsiqəsi alındı: Bu qədər də cərimə edildi

Pol İns bir il müddətinə sürücülük hüququndan məhrum edilib.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”in və “İnter”in keçmiş yarımmüdafiəçisi iyunun 28-də Nestonda “Range Rover” markalı avtomobili orta baryerə çırpıb. Bundan sonra o, avtomobili sərxoş idarə etdiyi üçün həbs edilib.

Keçmiş futbolçu cümə günü Çester Məhkəməsində görünüb və qəza zamanı qanında həddindən artıq spirt olduğunu etiraf edib.

İns 12 ay sürücülük hüququndan məhrum edilib, 5000 funt sterlinq cərimə olunub, qanunla müəyyən edilmiş 2000 funt sterlinq əlavə ödəniş və 85 funt sterlinq məhkəmə xərclərini ödəməyə məcbur edilib.

Aut.az