İngiltərə

Qvardiola De Bruyneyə əvəzedicini bu ölkədə tapdı

“RB Leipziq”in niderlandlı yarımmüdafiəçisi Xavi Simons “Mançester Siti”nin diqqətini çəkir.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin məlumatına görə, İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola 21 yaşlı futbolçunu Kevin De Bruynenin əvəzedicisi kimi görür. Alman klubu öz oyunçusu üçün 100 milyon avrodan çox alacağını gözləyir.

Qvardiolanın da yarımmüdafiədə nəsil dəyişikliyinə rəhbərlik edəcək oyunçu axtardığı və Xavi Simonsu bu rol üçün ideal hesab etdiyi bildirilir. Onun Bundesliqadakı möhtəşəm uğuru, texniki keyfiyyətlərin birləşməsi, görmə qabiliyyəti və meydançanın son üçdə birində fərq yaratmaq bacarığı məşqçinin diqqətini çəkib.

Xavi Simons bu mövsüm klub səviyyəsində 18 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 80 milyon avro qiymətləndirir.

Daha əvvəl De Bruynenin klubunu tərk edərək Səudiyyə Ərəbistanına keçə biləcəyi bildirilirdi.

Aut.az