Çempionlar Liqasının oyunları bu topla oynanılacaq – FOTO
UEFA-nın Çempionlar Liqasının 2024/2025-ci il mövsümünün pley-off mərhələsində istifadə olunacaq topu təqdim edib.
Aut.az xəbər verir ki, “Adidas” tərəfindən hazırlanan topdan final matçında da istifadə olunacaq.
Xatırladaq ki, turnirin finalı 2025-ci il mayın 31-də Münhendəki (Almaniya) Arena Münhen stadionunda keçiriləcək. UEFA Çempionlar Liqasının 1/8 finalına çıxmaq hüququ uğrunda ilk pley-off oyunları isə fevralın 11 və 12-də baş tutacaq.
Aut.az

