“Real” onunla yolları ayırır: 30 milyonluq ziyan
“Real”ın 23 yaşlı braziliyalı yarımmüdafiəçisi Reynyer yaxın vaxtlarda klubu tərk edəcək.
Aut.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub futbolçunun xidmətlərinə artıq ehtiyac duymur və yay transfer pəncərəsi çərçivəsində onu sata bilməsə, müqaviləni birtərəfli qaydada ləğv etməyi düşünür.
“Real” Reynyeri 2020-ci ildə “Flamenqo”dan 30 milyon avroya transfer etmişdi. Lakin o vaxtdan bəri futbolçu Madrid təmsilçisinin əsas komandasında bir oyun belə keçirməyib. Reynyer bu illər ərzində icarə əsasında Dortmund “Borussiya”sı, “Jirona”, “Frosinone” və “Qranada”da çıxış edib.
“Transfermarkt” portalı onun hazırkı bazar dəyərini cəmi 1,5 milyon avro olaraq qiymətləndirir. Reynyerin “Real”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Aut.az
