“Barselona”ya şad xəbər: PSJ-yə qarşı oynayacaq
“Barselona”nın cinah müdafiəçisi Alexandro Balde Çempionlar Liqasının ikinci turunda PSJ-yə qarşı oyunda iştirak edə biləcək.
Aut.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, sentyabrın əvvəlində ispaniyalı futbolçunun sol ayağının arxa bud əzələsində zədə aşkarlanmışdı. Ötən mövsümdə də Balde sağlamlıq problemləri səbəbindən “Barselona”nın bir sıra oyunlarını buraxmışdı.
Cari mövsümdə müdafiəçi “blauqranas”ın heyətində cəmi üç matça çıxıb və məhsuldar göstəricisi olmayıb.
Qeyd edək ki, “Barselona” – PSJ qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Aut.az
