Azərbaycan atıcıları III MDB Oyunlarını 9 medalla bitirdilər
Azərbaycan atıcıları III MDB Oyunlarını 9 medalla (5 gümüş, 4 bürünc) bitiriblər.
Aut.az xəbər verir ki, yarışın son günündə idmançılarımız daha iki gümüş medal qazanıblar.
Nərmin Cəfərli ilə Mürtəza Novruzlu stend atıcılığının “trap” növündə ikinci pilləni tutublar.
