“Bura mənim evimdir”
PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının ikinci turunda “Barselona” ilə qarşılaşma öncəsi fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, mütəxəssisin sözlərini UEFA-nın mətbuat xidməti yayıb:
“Mən İspaniyaya, Kataloniyaya qayıtdığım üçün çox xoşbəxtəm. Bura mənim evimdir, karyeramın əhəmiyyətli hissəsini burada keçirmişəm. Stadion? Əlbəttə, bu “Kamp Nou” deyil, amma çox gözəl arenadır.
Bizim üçün oxşar üslub və xarakterdə oynayan bir komanda ilə qarşılaşmaq maraqlı olacaq. Oxşarlığımız çoxdur, amma həlledici rol kimin top uğrunda daha yaxşı mübarizə aparmasından asılı olacaq”, – deyə Enrike bildirib.
Qeyd edək ki, “Barselona” – PSJ oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Aut.az
