Çempionlar Liqası

ÇL: 3-cü tura yekun vurulur

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulacaq.

Aut.az xəbər verir ki, sonuncu oyun günündə daha 8 qarşılaşma baş tutacaq. E, F, G və H qrupunda görüşlər keçiriləcək.

Gecənin maraqlı görüşləri “ölüm qrupu” adlandırılan F qrupunda baş tutacaq. Parisdə PSJ ilə “Milan”, Nyukaslda isə şəhərin eyniadlı komandasıyla “Borussiya” münasibətlərinə aydınlıq gətirəcək.

G qrupunda yer alan turnirin hazırkı qalibi “Mançester Siti” isə evdə “Yanq Boyz”la üz-üzə gələcək.

Çempionlar Liqası: Qrup mərhələsi, 3-cü tur
25 oktyabr

E qrupu

20:45. “Feyenoord” (Niderland) – “Latsio” (İtaliya)
23:00. “Seltik” (Şotlandiya) – “Atletiko” (Madrid, İspaniya)

Xal: Atletiko – 4. Latsio – 4. Feyenoord – 3. Seltik – 0.

F qrupu

23:00. “Nyukasl” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
23:00. PSJ (Fransa) – “Milan” (İtaliya)

Xal: Nyukasl – 4. PSJ – 3. Milan – 2. Borussiya – 1.

G qrupu

23:00. “Leypsiq” (Almaniya) – “Srvena Zvezda” (Serbiya)
23:00. “Mançester Siti” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə)

Xal: Mançester Siti – 6. Leypsiq – 3. Yanq Boyz – 1. Srvena Zvezda – 1.

H qrupu

20:45. “Barselona” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
23:00. “Antverpen” (Belçika) – “Portu” (Portuqaliya)

Xal: Barselona – 6. Portu – 3. Şaxtyor – 3. Antverpen – 0.