“Real” azarkeşlərinə təlimat verdi: 12-ci dəqiqədə bu şüarı qışqırın
“Real” azarkeşlərini fevralın 23-ü, bazar günü keçiriləcək İspaniya Primerasının 25-ci turunun “Jirona” ilə matçının 12-ci dəqiqəsində “Federasiyada korrupsiya” şüarını səsləndirməyə çağırıb.
Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb. Mənbənin sözlərinə görə, “kral klubu” əvvəllər belə şüarlardan istifadə edən azarkeşlərinə irad tutub.
Lakin hazırda “Real” İspaniyada hakimlik sistemindən hədsiz narazıdır, ona görə də, azarkeşləri bu məsələdə təhrik edib.
“Real” Primeranın 22-ci turunun “Espanyol”la oyunundakı (0:1) hakimlik ilə bağlı İspaniya Kral Futbol Federasiyasına (RFEF) rəsmi şikayət edib. Madrid klubu açıqlamasında ölkədə hakimlik sisteminin tamamilə yenidən qurulmasının vacibliyini qeyd edib.
Aut.az
