İngiltərəİspaniya

Haalandın atasının transfer planı: Nəhənglərlə əlaqədədir

“Mançester Siti”nin hücumçusu Erlinq Haalandın atası, keçmiş futbolçu Alf-İnqe Haaland son aylarda oğlunun gələcək transferi üzərində fəaliyyətə başlayıb.

Aut.az xəbər verir ki, Alf-İnqe Erlinqi İspaniya nəhənglərindən birinə – “Real”a və ya “Barselona”ya transferi üzərində çalışır. Bu barədə Sport.es məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda ata Haaland Madrid klubu ilə daha etibarlı münasibət qurub. Bununla belə, “Barsa” ilə əlaqələrin hələ də qaldığı vurğulanır. 23 yaşlı forvardıne özü də gələcəkdə karyerasını İspaniyada davam etdirmək arzusundadır.

Xatırladaq ki, futbolçunun “Mançester Siti” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Aut.az