Peres ulduzla bağlı qərar verdi: 2027-ci ilə qədər…
“Real”ın prezidenti Florentino Peres Vinisius Juniorun transferi ilə bağlı 2027-ci ilə qədər, yəni oyunçunun müqaviləsi bitənədək danışıqlar aparmaq istəmir.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Bundan əvvəl media Səudiyyə klublarının 24 yaşlı futbolçuya 350 milyon avro maaş təklif etməyə hazır olduqlarını yazmışdı.
Mənbənin sözlərinə görə, Vinisiusun “kral klubu”nda gələcəyini müəyyənləşdirmək üçün əsas məqam bu yay, tərəflərin onunla əmək müqaviləsinin uzadılmasını müzakirə etmək niyyətində olduqları vaxt gələcək. Peres braziliyalı futbolçunun 2029-cu ilə qədər yeni müqavilə imzalamasını istəyir. Vinisius özü karyerasını “Real Madrid”də davam etdirmək istəyir, lakin o, ispan nəhənginin Səudiyyə Ərəbistanında ona təklif olunan pulu ödəyə bilməyəcəyini də başa düşür.
Aut.az
