İspaniya

“Real”dan nə qədər məvacib tələb etdiyi bəlli oldu

Vinisius “Real”la yeni müqavilə imzalayacağı təqdirdə ildə 25 milyon avrodan çox qazanmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

Qeyd edilir ki, belə maaş braziliyalını “Los Blankos”un ən çox məvacib alan futbolçusu edəcək. İndi o, Kilian Mbappe və Cud Bellinqemlə eyni, 15 milyon avro qazanır.

Səudiyyə Ərəbistanından olan bir klubun Vinisiusa 5 il ərzində 1 milyard avro və ya ildə 200 milyon avro təklif etdiyi ilə bağlı şayiələri var.

Vinisiusun agenti artıq Madrid klubunun təmsilçiləri ilə iki görüş keçirib. Əvvəlcə braziliyalının tələbləri rədd edilib, ikinci toplantıda futbolçudan nə istədiyi soruşulub. Yaxın günlərdə üçüncü görüşün baş tutması gözlənilir. Orada tərəflər razılığa gəlməyə çalışacaqlar.