“Siti”nin oyunçusu Simeonenin oğluna: Atana de ki, mənə zəng etməsin
Xulian Alvares “Mançester Siti”dən “Atletiko Madrid”ə keçməyə hazırlaşır. Transfer məbləği 95 milyon avroya çata bilər ki, bunun 75 milyonu sabit, 20 milyonu isə bonuslardır.
Aut.az xəbər verir ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone bu keçiddə əsas rol oynayıb. Argentinalı mütəxəssis Alvareslə şəxsən telefonla əlaqə saxlayıb, onu komandaya qoşulmağa razı salıb.
Maraqlıdır ki, Alvaresin keçidində Simeonenin oğlu Culiano da iştirak edib. Argentina Olimpiya komandasında birlikdə olduqları müddətdə Culiano Xulianı keçidə inandırmağa çalışıb.
Alvares hətta zarafatla ona deyib: “Mən gələcəm, amma atana de ki, bir daha mənə zəng etməsin”.
Alvares ötən mövsüm İngiltərə Premyer Liqasında “Mançester Siti”nin heyətində 36 oyunda 11 qol vurub və 9 məhsuldar ötürmə edib.
Aut.az
