“Yunayted”in yetirməsi 36 yaşında öldü – FOTO
“Mançester Yunayted”in yetirməsi olan Co Tompson 36 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, “Roçdeyl”in yarımmüdafiəçisinə keçən ilin aprelində, futboldan ayrıldıqdan beş il sonra üçüncü dəfə xərçəng diaqnozu qoyulmuşdu.
Tompsona ağciyərlərinə yayılmış qan xərçəngi növü olan 4-cü mərhələdə lenfoma diaqnozu qoyuldu.
O, bundan əvvəl futbolçu karyerası ərzində iki dəfə xəstəliyə qalib gəlmişdi.
“Klubumuzun dəyərlərini təcəssüm etdirən insan. ❤️
Tompsonun vəfat etdiyini elan etməkdən kədərlənirik. Gənc yaşlarından klubumuzla dərin əlaqələri olan isti, açıq insan. Düşüncələrimiz bu çətin anda Conun ailəsi və dostları ilə birlikdədir”, – “Yunayted”in açıqlamasında deyilir.

Aut.az
