Digər

Ölkə çempionu həbs edildi: Təqaüdçünü qarət edib – FOTO

Yüngül atletika üzrə Fransa çempionu Sofyan Selmuni silahlı hücumda şübhəli bilinərək saxlanılıb.

Aut.az xəbər verir ki, Selmuni aprelin 2-də həbs edilib və fevralın 12-də baş verən cinayəti etiraf edib.

Qeyd olunur ki, Selmuni əvvəlcə məzuniyyətdə olan şəxsin mənzilini qarət etmək niyyətində olub, lakin səhvən 82 yaşlı təqaüdçünün mənzilinə girib, onu bağlayaraq silahla hədələyib.

Daha sonra o, əvvəlcə qarət etməyi planlaşdırdığı mənzili qarət edib. Bağlanmış vəziyyətdə olan təqaüdçü isə polisə zəng vurmağa müvəffəq olub. Polislər cinayətkarı tez müəyyən ediblər. O, maşında yaşayırmış.

35 yaşlı Sofiyan qapalı məkanda 1500 metr məsafəyə qaçış üzrə 2017-ci ilin Fransa çempionudur.

Ölkə çempionu həbs edildi: Təqaüdçünü qarət edib - FOTO

Aut.az