Digər

Avarçəkənlər Dünya Kubokunun ikinci mərhələsində iştirak edəcəklər

Azərbaycanın akademik avarçəkənləri Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək Dünya Kubokunun ikinci mərhələsində mübarizə aparacaqlar.

Aut.az Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəni 2 idmançı təmsil edəcək.

Yarışa Ziya Məmmədzadə və Nurlan Paşayev qatılacaq.

Qeyd edək ki, Dünya Kuboku iyunun 12-14-də keçiriləcək.