İspaniya

Məhkəməyə çağırıldı

“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike korrupsiya işi ilə bağlı ifadə vermək üçün məhkəməyə çağırılıb.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Sözügedən iş Səudiyyə Ərəbistanında ölkə Superkubokunun təşkili kontekstində İspaniya Kral Futbol Federasiyasında (RFEF) mümkün korrupsiya ilə bağlıdır. “Barselona”nın keçmiş futbolçusu martın 14-də ifadə verəcək.

2019-cu ilin sentyabrında RFEF Səudiyyə Ərəbistanı ilə İspaniya Superkubokunun 6 il müddətinə bu ölkədə keçirilməsi üçün 40 milyon avroluq müqavilə imzalayıb. Müqavilənin ümumi dəyəri 240 milyon avro təşkil edir və bu məbləğ federasiya, klublar və Pikenin rəhbərlik etdiyi “Kosmo”s vasitəçi agentliyi arasında bölünəcək. Şirkət işinə görə təxminən 24 milyon avro tələb edib. Daha sonra 2029-cu ildə bitəcək müqavilədə agentliyin iştirakını gizlətməyə cəhdlər edilib.

Mütəxəssislər qeyd ediblər ki, Səudiyyə şirkətindən ödənişlər alan “Kosmos”un hesabından vəsaitlərin böyük hissəsi başqa hesablara köçürülüb. İddia olunurdu ki, Pike vəsaitlərin izinə düşməsini çətinləşdirmək üçün öz hesablarından ödənişlər etmiş ola bilər.