Hamı ondan danışır: Görün hansı klubların hədəfindədir
“Komo”nun baş məşqçisi Sesk Fabreqas “Mançester Siti” və “Barselona”nın maraq dairəsinə düşüb.
Aut.az xəbər verir ki, bu barədə “Il Messaggero” məlumat yayıb. Bildirilir ki, “Siti” Pep Qvadiolanın müqaviləsi bitmədən ayrılacağı təqdirdə Fabreqası mümkün transfer kimi nəzərdən keçirir.
Həmçinin qeyd olunur ki, “Barselona” rəhbərliyi Seskin məşqçilik keyfiyyətlərinə heyran olduğunu bildirir.
37 yaşlı ispaniyalı məşqçilik karyerasına 2023-cü ildə başlayıb. Fabreqas 2024-cü ildən İtaliyanın “Komo” klubunu çalışdırır.
Aut.az
