La Liqanın prezidenti Xavyer Tebas “Barselona” ətrafında yaşanan qalmaqal görə gecələr yatmaqda çətinlik çəkdiyini bildirib.
– Bu günlərdə Neqreyra işi haqqında çox danışılır. Yaxşı yatırsınız?
– Yox. Bu hekayə məni gecələr oyaq saxlayır, çünki İspaniya futbol tarixində reputasiya və dürüstlük baxımından ən ciddi məsələdir. Məni reputasiya və siyasi müstəvidə vəziyyətlə necə davranacağımız narahat edir – klubun əhəmiyyətinə görə, turnirin əhəmiyyətinə görə. Və həm də ona görə ki, üstündən 18 il keçib…
– “Barsa” Neqreyra qalmaqalı haqqında danışanda çox arxayın görünür.
– Yaxşı, bir halda ki, onlar sakitdirlər, onda qoy hamımızı sakitləşdirsinlər. Bizə izahat lazımdır… Məncə, narahat olmalıdırlar.
SER-də “hamı bunu edir” qeydi var. Yaxşı, bildiyimə görə, texniki hakimlər komitəsinin vitse-prezidentinə heç də hamı pul vermir.
– Laporta işləməyə davam etməlidir?
– Bilirəm ki, qərarı idarə heyətinin üzvləri verir, həm də bu, şəxsi qərardır. Mənə çətin görünən odur ki, uzun müddət izahat vermədən belə vacib kluba rəhbərlik edirsən. Gəlin görək vəziyyət necə inkişaf edir.
Xatırladaq ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Henrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırıb.
“Barsa”, 2001-2018-ci illərdə klubdan 7,3 milyon avro alan Neqreyraya hakim hesabatları üçün pul ödədiyini bildirib.
Aut.az