Türkiyə

Daha bir Türkiyə klubu Mourinyo ilə danışıqlar aparır

“Beşiktaş” Joze Mourinyo ilə danışıqlara başlayıb.

Aut.az xəbər verir ki, bu barədə Türkiyə klubunun vitse-prezidenti Hüseyn Yücel məlumat verib:

“Bir ay əvvəl Mourinyo ilə əlaqə saxladıq. Təklifimizi həvəslə qəbul etdi. Vəziyyət gələn həftə aydınlaşacaq. Maliyyə baxımından detallar artıq həll olunub. Gələn həftə İtaliyaya gedib üzbəüz görüşəcəyik.

Mourinyo ilə razılığa gəlsək, ona Rikardo Kuarejmanı məşqçilər korpusuna daxil etməyi təklif edəcəyik. Bu, “Beşiktaş” üçün maddi çətinlik yaratmayacaq, sponsor bizə kömək edəcək”.

Türkiyədə “Fənərbağça” da portuqaliya mütəxəssisin xidmətində maraqlıdır.

Qeyd edək ki, 61 yaşlı Mourinyonun son iş yeri yanvarda qovulduğu “Roma” olub.

Aut.az