Əfsanəni belə yola saldılar – FOTO
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys komandada son ev oyununu keçirib.
Aut.az xəbər verir ki, “Borussiya” “Darmştadt”a 4-0 hesabı ilə qalib gəlib, Roys bir qol vurub və bir məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi “Borussiya”nın heyətində son oyununu Çempionlar Liqasının finalında “Real”a qarşı keçirəcək.
Roys Bundesliqada 391 oyun keçirib, 156 qol vurub və 95 məhsuldar ötürmə edib. Komanda ilə iki Bundesliqa çempionluğu və iki Almaniya Superkuboku qazanıb.
“Real”la görüş Roysun ikinci Çempionlar Liqası finalı olacaq. Daha əvvəl 34 yaşlı futbolçunun MLS klublarından birinə keçəcəyi bildirilirdi.
Aut.az




