Renat Dadaşov “Hatayspor”da debüt etdi
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Hatayspor”da debüt edib.
Aut.az xəbər verir ki, forvard Super Liqanın V turunun “Karagümrük”lə oyununda meydana çıxıb.
63-cü dəqiqədə oyuna daxil olan Dadaşov sona qədər oynayıb.
Matç qolsuz bərabərliklə başa çatıb. “Hatayspor” 5 turdan sonra 7 xalla 8-ci sıradadır.
