Kaşuk bu nəhəngin hədəfində
“Sabah”da parlaq mövsüm keçirən Aleksey Kaşuk karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Aut.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin xidmətində “Trabzonspor” maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qaradəniz təmsilçisinin baş məşqçisi Nenad Byelitsa Kaşuku sərəncamında görmək istəyir. Xorvatiyalı mütəxəssis buna görə futbolçunu canlı izləmək üçün Rumıniyaya yollanıb. O, Ukraynanın U-21 yığma komandaların Avropa çempionatı çərçivəsində ilk turda Xorvatiyaya qarşı keçirdiyi görüşü tribunadan izləyib.
Ukraynanın 2:0 hesabı ilə qalib gəldiyi oyunun qəhrəmanı da məhz Kaşuk olub. O, qol vurub və qol ötürməsi edib.
Bəzi mənbələrdə “Trabzonspor”un Kaşuk üçün müqavilə ilə məxsus olduğu “Şaxtyor”la danışıqlara başladığı iddia edilir.
Qeyd edək ki, Kaşuk Avropa çempionatında “Sabah”ın futbolçusu kimi çıxış edir. Buna səbəb 21 yaşlı yarımmüdafiəçinin “bayquşlar”la icarə müqaviləsinin müddətinin iyunun 30-a qədər olmasıdır.
