Dünya futbolu

Onlarla danışıqlar nə yerdədir? – Səhv etmək istəmir  

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Kilian Mbappe, Lionel Messi və Serxio Ramosun müqavilələrinin yenilənməsi ilə bağlı vəziyyətdən danışıb.

Aut.az xəbər verir ki, funksioner bildirib ki, parislilər səhvə yol verməmək üçün bu məsələyə diqqətlə yanaşacaqlar.

“Mbappe, Messi və Ramosu komandada saxlamaq üçün çalışırıq. Nə etdiyimizi başa düşmək və davam edə biləcəyimizə əmin olmaq üçün işimizi nəzərdən keçirəcəyik. Səhv etməyəcəyik.

Bu üçündən başqa gənclərə və gələcəyimizin asılı olduğu istedadlara diqqət yetirməliyik. Klubda dəyişmək istədiyimiz budur”, – “Marca” ondan sitat gətirib.

Həm Messinin, həm də Ramosun müqaviləsi mövsümün sonunda başa çatır. Mbappe ilə müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Onlarla danışıqlar nə yerdədir? - Səhv etmək istəmir